Erməni lobbisi Dilqəmlə Şahbaza görə beynəlxalq təşkilata hücum etdi
Bakı. 12 mart. Minval.İnfo/ “Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur. Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb”.
Minval.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bundan sonra həngamə qopub:
“Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı ifnromasiyaların çıxarılmasını tələb ediblər”.
Politoloqun sözlərinə görə, Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur: “Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər”.
E.Şahinoğlunun fikrincə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir: “Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik”.
Sani M.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda şəkər qıtlığı yaranıb
Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb?! - Özü səbəbini belə açıqladı
“Bu, dünyada unikal bir haldır” - İlham Əliyev
İlham Əliyev Meksika Prezidentini təbrik edib
Prezident dünən baş verən qəza ilə bağlı sərəncam verdi
Azərbaycanda bu rayonların icra başçısı yoxdur - SİYAHI