“Azərbaycan” İES-də 600 meqavatlıq itirilmiş güc bərpa olunub”

İsti yay günlərində bütün dünyada olduğu kimi, Azərbaycanda da elektrik enerjisindən istifadə artır. Buna görə də ölkənin enerji istehsalı müəssisələri və ötürmə şəbəkələrinin artan tələbatı qarşılamaq imkanında olub-olmaması hamını narahat edir. Bu narahatlıq da əbəs deyil, çünki iki dəfə ən isti ayda – iyulda artan yükə davam gətirməyən enerji təchizatı şəbəkəsində baş verən qəzalar üzündən bütün Azərbaycan elektriksiz qalıb.

Sonuncu dəfə qəza 2018-ci ilin iyulunda ölkənin ən böyük enerji istehsalçısı olan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verib. Məhz bu qəzadan sonra prezident İlham Əliyevin yanında hökumət müşavirəsi keçirilib, məlum olub ki, enerji istehsal müəssisələrinin əksəriyyəti qoyuluş gücünün yarısına qədər enerji verir, müasir idarəetmə sistemi olan SCADA-nın qurulmasında ciddi pozuntulara yol verilib.

Prezidentin xüsusi tapşırığı əsasında xarici mütəxəssislərin iştirakı ilə enerji istehsalı və ötürülməsi sistemində reabilitasiya proqramı hazırlanaraq həyata keçirilməsinə başlanıb. Bununla bağlı “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Abdullayevin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Reabilitasiya Proqramı” çərçivəsində 12 elektrik stansiyası, 20-dək yarımstansiyada kompleks şəklində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir: “2018-ci ilin iyul ayında qəza baş verən və enerjisistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən ”Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) aparılan yenidənqurma işləri tamamlanmaqdadır. Stansiyanın bloklarında güclər 2 dəfəyə qədər artıb. Hər biri 300 meqavat qoyuluş gücü ilə ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku ayrı-ayrılıqda qəzaya qədər 190-250 meqavat güc əldə edə bilirdisə, yenidənqurmadan sonra 300 meqavatdan da artıq güc əldə edilir. Beləliklə, bütövlükdə 2400 meqavat qoyuluş gücünə malik elektrik stansiyası yenidənqurmadan əvvəl ümumi olaraq 1680 meqavat güclə işlədiyi halda indi nominal güc bərpa edilib. Qış rejimində isə blokların hər biri gücünü 310-330 meqavata qədər artıra biləcək”.

"Səngəçal" İES yanvar-apreldə 300 milyon kVt/s-dan çox ...

Qurum rəsmisinin sözlərinə görə, paralel olaraq, 2018-ci ildə qəza baş verən 330 kilovoltluq yarımstansiya tam yenidən qurulub və 330 kV-luq yeni idarəetmə mərkəzi tikilib. “Azərbaycan” İES-də yerləşən, ölkənin ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada da yenidənqurma işləri başa çatıb: “Bundan başqa, su kanalının beton qatı yenilənib, ”Qarabağ” kanalının üzərindən əhali üçün yeni körpü tikilərək, yol çəkilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. “Azərbaycan” İES üçün Baş İdarəetmə mərkəzi inşa edilərək ən müasir səviyyədə idarəetmə sistemi qurulub. Bundan başqa, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb. Ümumilikdə görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılır, etibarlıq, dayanıqlıq, səmərəlilik və təhlükəsizlik təmin edilir. Ən əsası 600 meqavatdan artıq “itirilmiş” güc bərpa olunur. “Azərbaycan” İES-in yenidən qurulması artıq başa çatmaq üzrədir və hazırda son tamamlama və yoxlama işləri həyata keçirilir”.

 

Qeyd edək ki, bugünlərdə “Əhmədli” yarımstansiyasının təmirdən sonra açılışında iştirak edək prezident İlham Əliyev “Azərbaycan” İES-də görülən işlərdən danışıb: “Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi ”Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər””.

Azərenerji”nin elektrik stansiyaları özəlləşdiriləcək » Reyting.az

“Azərenerji” tərəfindən enerji sistemin müasir avadanlıqlar və proqram təminatı ilə təchiz edəcək yeni SCADA sistemi qurulur: “Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Artıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb. Yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır və təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviyyədə qurulur. Rabitə və telekommunikasiya avadanlıqları xarici ölkələrdən gətirilir.  Ümumi uzunluğu 1300 km olacaq əlavə fiber-optik kabelin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.

Azərenerji"də vəzifə verilən Teymur Abdullayev - KİMDİR? - son ...

Teymur Abdullayev

İsveçrənin ABB şirkəti ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 1 avqust 2019-cu il tarixindən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsinin 31 dekabr 2020-ci il tarixində tam başa çatdırılması nəzərdə tutulur”.

Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılır: “Bununla etibarlılıq və təhlükəsizliyi gücləndirməklə yanaşı qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə dəstək olur.

Ümumilikdə, son iki ildə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir: “Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib”.

SƏNGƏÇAL” ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR AZƏRBAYCAN ...

Görülən işlər sırasında “Səngəçal” Elektrik Stansiyasında aparılan işlər də mühüm əhəmiyyət kəsb edir. Belə ki, stansiyada mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi: “Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatların isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Nəticədə 100 meqavata qədər ”itirilmiş” güc bərpa edilib. Bununla da qoyuluş gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyasının üçdə biri qədər gücü bərpa olunub. Müqayisə üçün deyək ki, 100 meqavat güc orta hesabla respublikanın 4-5 rayonunun elektrik enerji tələbatına bərabərdir.  Qeyd edək ki,  “Azərenerji” 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən Reabilitasiya Proqramına əsasən ümumilikdə 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub”.

“Azərenerji” ASC həmçinin ölkənin bir nömrəli və ən böyük həyati əhəmiyyətli yarımstansiyası sayılan və 35 il əvvəl tikildiyindən istismar müddətini bitirən 500 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurur: “Qeyd edim ki, bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən 3 ədəd 220 kilovoltluq ”Xırdalan”, “Müşfiq” və “Hövsan” yarımstansiyaları məhz “Abşeron” yarımstansiyasından qidalanır. Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından strateji əhəmiyyətli “Abşeron” yarımstansiyasına birbaşa daxil olan 500 və 330 kV-luq hava xətləri “Sumqayıt”  Elektrik Stansiyası, “Yaşma”, “Ağsu” və “Qəbələ” yarımstansiyalarını da əlaqələndirir.

Hazırda “Abşeron” yarımstansiyasında 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularda yenidənqurma işləri aparılır, avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilir. Müasir tipli rəqəmsal panellər, rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunmuş yeni idarəetmə binası tikilir. SCADA dispetçer sistemi, yeni layihə əsasında əks-qəza avtomatikası və yanğınsöndürmə sistemi yaradılır. Əraziyə yeni su xətti çəkilir. Qəzaların qarşısının alınması, enerji yükünün ötürülmə keyfiyyətinin artırılması, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, “Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur”.

T.Abdullayevin sözlərinə görə, “Azərenerji” ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan ciddi problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işləri davam etdirir: “40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıçı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşmüşdü. 2018-ci ildə qəbul edilən Reabilitasiya Proqramı çərçivəsində yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanaraq təmir işlərinə başlanılıb. Bununla yanaşı, Reabilitasiya Proqramı çərçivəsində “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok transformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub”.

“Azərenerji” tərəfindən həmçinin ölkənin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirilir: “6 hidroaqreqatdan ibarət ”Mingəçevir” Su Elektrik Stansiyasında aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.

Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur. İnidyədək 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub”.