Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” bayramda fasiləsiz işləyəcək
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bu xəstəliyin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Energetika Nazirliyinin struktur bölmələrinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müvafiq tapşırıqlar verilib.
“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq, müraciətlərin elektron və telefon rabitəsi vasitəsilə fasiləsiz qəbulu həyata keçiriləcək.
Nazirliyin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramındakı qeyri-iş günlərində (20-28 mart tarixləri) də fasiləsiz fəaliyyət göstərəcək. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən zəruri olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil ediləcək.
Qeyd edək ki, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar xətti” və “974” Çağrı mərkəzi” vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə nazirliyə müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?