Emin Ağalarovdan uşaqlıqda oğurluq etirafı
Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illərinə dair maraqlı bir etiraf edib. O, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü və bu hadisənin uzun illər vicdan əzabı çəkdiyini bildirib.
Minval.info xəbər verir ki, Emin Ağalarov həmin anları belə xatırlayıb: “Bax beləcə xırda bir oğruya çevrildim… Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, ‘ağlın olsun, orda pul çoxdur, hiss etməyəcək’. Biz də oradan 100 dollarlıq əsginası götürdük…
Bu əməl məni rahat buraxmırdı, içimi yeyirdi. Doğrudur, heç nə hiss etmədi, məbləğ də böyük deyildi, amma çox utanırdım. Sonra atamın yanına gəlib dedim: ‘Ata, sənlə danışmaq istəyirəm’. Soruşdu ki, nə etmisən? Dedim ki, pulqabından 100 dollar götürmüşəm, sənə deməmişəm, faktiki olaraq oğurluq eləmişəm. Atam gülüb dedi: ‘Niyə belə az götürdün? 100 dollar çatdı sizə? Nəyə xərclədiniz?’ Dedim ki, uşaqlarla oturub yeyib-içmək istəyirdik. ‘Yaxşı eləmisiniz’ dedi. Soruşdum ki, məndən incimədin? Dedi ‘yox’.
Bu, həyatımda ilk və sonuncu belə epizod oldu. Amma bu hadisə məni düşünməyə sövq etdi. İndi uşaqlarımla bu mövzuda danışanda başa salıram ki, nə lazımdırsa, həmişə verəcəyəm. Amma mənim arxamca, gizlin iş görülməsin. O vaxt isə mənə bunu heç kim izah etməmişdi, başa salan yox idi.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə Aİ-ni Kipr məsələsində qərəzsizlikdə ittiham edir
Kəsilən cinsi orqanla ata oldu: Uqanda möcüzəsi!
Buğa, Şir və Əqrəb üçün pul dolu payız!
Sabunçuda neft kəmərində oğurluq cəhdi və yanğın
Maştağada qız qaçıran gənc qəza törətdi
Məhkəmə qərarlarını dəyişdirmək adıyla dələduzluq: 4 nəfərə hökm oxundu
Qobustanda narkotik alverçiləri saxlanıldı: 3 kq aşkarlanıb