Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Xəstə yaxşı olmadan...”
Xəbər verdiyimiz kimi, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Gəncəyə dəvət edilib.
Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.
Modern.az saytının əməkdaşı Elmar Vəliyevi əməliyyat edən məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi ilə əlaqə saxlayıb.
Türker Kılıçın köməkçisi Gəncənin icra başçısı Elmar Vəliyevin səhətti ilə bağlı məlumat vermək istəmədiyini bildirib.
Köməkçi Türker Kılıçın xəstənin halı tam yaxşı olmayana qədər danışmayacağını vurğulayıb.
“Türker Kılıç hazırda İngiltərədədir. Elmar Vəliyevin səhhəti ilə bağlı əlavə məlumatım yoxdur. Sadəcə, həkim bildirib ki, xəstə yaxşı olmadan danışmayacaq”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arif Paşa: "Bu günü bizə yaşadan hər kəsin qarşısında baş əyirəm"
Son dəqiqə - Bakıdakı partlayışda yaralanan şəxs öldü - FOTO, VİDEO
Müəllimi qəribə səbəblə polisə şikayət edən direktor NAZİRLİYƏ ÇAĞIRILDI
Nazirdən ana olan 13 yaşlı məktəbli qızla bağlı xəbərə - Reaksiya
Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - Rəsmi
Bəhram qalmaqallı videosundan danışdı - "Həmin şəxs məhəllə adamıdır və..."
Polisdən sürücülərə xəbərdarlıq