Elina ilə bağlı istintaqın gedişindən nə xəbər var? - Rəsmi AÇIQLAMA
Minval.info // Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın intiharı ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
E.Sultanov qeyd edib ki, faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Baş Prokurorluğun məlumatına görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Təhsil Nazirliyi S.Abbasovanı direktor vəzifəsindən azad edib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Elina Hacıyevanın anası Sevinc Hüseynovanın hüquqlarının müdafiə olunması üçün vəkillər-Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev tərəfindən təmənnasız hüquqi yardım verilməsini təmin edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda