Elina haqda film çəkiləcək
Bu ilin aprelində özünü oxuduğu 162 saylı məktəbin binasından ataraq intihar edən Elina Hacıyevanın həyatı ekranlaşdırılır. Bu barədə “Qafqazinfo”ya aktyor-rejissor Kamran Ağabalayev məlumat verib.
O, yeni lentə aldığı “Ağacdələn” filmindən əldə olunan gəlirin Elina ilə bağlı kinonun çəkilməsinə xərclənəcəyini qeyd edib. Kamran gəliri olmadığı təqdirdə işləyib, qazanıb bu filmi çəkəcəyini bildirib:
“Konkret bir plan var. Film Elinanın timsalında dərdini kiməsə deyəcək bir dostu, ailəsi olmadığı üçün intihara əl atan insanlardan bəhs edəcək. Əlimdə tam material yoxdur. Ssenari hazır olduqdan sonra ailəsi ilə görüşmək fikrindəyəm. Düşünürəm ki, o mərhələyə hələ var. Ssenarim Elina və Elinakimilərin ətrafında bir dostunun olmaması ilə bağlıdır. Ailəsi qarşı çıxacağı təqdirdə, qızın adı “EI LİNA” olacaq”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi