Əlilliyi olan şəxslərin baxıcılarına dəstək: İlk təlimin uğurlu nəticələri və gələcək planlar
“GÜLSAM” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi çərçivəsində ilk təlimini müvəffəqiyyətlə tamamladı.
Minval.info xəbər verir ki, bu təlimdə 17 nəfər iştirak edib. Təlimin əsas məqsədi, əlilliyi olan şəxslərə qulluq edən baxıcıların bilik və bacarıqlarını artırmaq, onların gündəlik işlərində qarşılaşdıqları çətinliklərin həllinə kömək etmək və müasir yanaşmalarla tanış etməkdir.
Təlim ərzində iştirakçılara əlilliyi olan şəxslərlə düzgün ünsiyyət qurma, gündəlik qayğı və dəstək metodları, psixoloji yanaşmalar, baxıcıların emosional sağlamlığının qorunması və digər mühüm mövzular haqqında geniş məlumat verilib. Eyni zamanda, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
“GÜLSAM” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirərək, layihə çərçivəsində növbəti təlimlərin də keçirilməsini planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq