Əli Vəliyev məhkəmə qərarına etiraz edir
Bakı şəhəri Xətai Rayon Məhkəməsində Əli Vəliyev barəsində keçirilən məhkəmə prosesi başa çatıb. Məhkəmə iclasında hakim Fuad Axundovun sədrliyi ilə Əli Vəliyevin Quliyeva Aynur Camal qızını təhqir etdiyi və ona böhtan atdığı sübuta yetirilib.
Minval.info xəbər verir ki, məhkəmənin hökmü ilə Əli Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinib. O, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Əli Vəliyev məhkəmə qərarından narazı olduğunu bildirərək, apellyasiya şikayəti verəcəyini açıqlayıb. O, iş üzrə irəli sürdüyü arqumentlərin lazımi hüquqi qiymət almadığını və növbəti məhkəmə instansiyalarında işin daha ətraflı araşdırılacağına inandığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi