Eldar Sabiroğluna sərt etirazlar - "İlqar Verdiyevi güdaza verən adam"
Məlum olduğu kimi, dünən sabiq YAP-çı, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu “Yeni Müsavat” media qrupunun rəhbəri, 35 saylı Xətai III seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rauf Arifoğlu haqqında yazı yazıb, öz aləmində onu “ifşa edib”.
Həmin yazıda söylənilənlər bağlı R.Arifoğlunun cavabı Musavat.com saytında dərc olunub. Ancaq bu barədə başqaları da öz fikirlərini bildirməkdə davam edirlər. Onlardan biri də “Real TV”-nin reportyrou Mahir Məmmədlidir. Jurnalist sosial mediadakı səhifəsində aşağıdakıları yazıb:
“Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun haqq-ədalət tələb etdiyi statusunu gördüm indicə. “Dünyanın quyruğu uzundur” yazıb. Oxuduqca şəhid dostumuz Ilgar Verdiyevi xatırladım. O, MN mətbuat xidmətinin əməkdaşı idi və İlqarı cəbhə bölgəsinə göndərməklə məhz Eldar Sabiroğlu cəzalandırmışdı. Murovdağda rütbəsinə (mayor) uyğun olmayan bölük komandiri vəzifəsinə göndərildi, daha sonra heç bir səbəb olmadan rütbəsi kapitanlığa endirildi. 2012-ci il iyunun 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşdü və şəhid oldu.
İlqarın “günah”ı Eldar Sabiroğlunun arzulamadığı qəzetin əməkdaşını mətbuat konfransına dəvət etmək olmuşdu”.
P.S. Sözügedən şəxsin deputatlıq dövrünü xatırlayanlar bilir ki, o, parlament tribunasından çıxış etdiyi zamanlarda bir dəfə dilinə haqq söz gətirməyib, həmişə irticaçı mövqedə olub. Onun son illərdə sərgilədiyi “müxalifətçi-dissidentlik” isə sadəcə siyasi intriqalarında fəallıq göstərdiyinə, dilinə yiyəlik eləmədiyinə görə saray qapısından qovulmasının nəticəsidir. Bu gün çağırıb vəzifə və ya mandat təklif etsələr, Eldar Sabiroğlu oynaya-oynaya gedər. Əbəs yerə özünə haqq-ədalət mücəssəməsi çuxası tikdirir.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"