Elçin Quliyev Qazaxda hərbi hissə və bölmələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb
29-30 iyulda Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.
Bu barədə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub.
DSX-nın rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib