Elçin Əlibəyliyə qəribə qadağa: "Çünki kiminsə qohumu deyiləm..."
“Həqiqətən, harada doğulmağı insan həyatına təsir edir. Mənim doğum yerimi bilən kimi nə AMEA-ya, nə Mədəniyyət və İncəsənət Universitetinə, nə də digər ali məktəblərin jurnalistika fakültələrinə yaxın buraxmırlar”.
Minval.info xəbər verir ki, bu sözləri telejurnalist Elçin Əlibəyli qeyd edib.
Telejurnalistin sözlərinə görə, onun müəllifi olduğu dörd kitabdan dərs keçirlər: “Məqalələrimi magistr dissertasiyasına (bəzən də fəlsəfə doktoru) çevirib plagiatlıq da edirlər. Amma məni auditoriyaya buraxmırlar”.
E.Əlibəyli bildirib ki, 2005-ci ildən fəlsəfə doktorudur, 2011-ci ildən doktorluq dissertasiyası qoltuğunda gəzir, 44 elmi məqalənin müəllifidir: “Amma universitetlərdə bakalavr dərəcəsində olanlar dərs deyirlər. Hətta rektorla görüşüb vakansiya yerə öz namizədliyimi təqdim etdim. Cavab isə müəmmalı baxışlar oldu. Çünki, kiminsə qohumu, həmyerlisi deyiləm. Bax belə”.
Qeyd edək ki, Elçin Əlibəyli 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir