Ekspert: Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı davam edəcək
Azərbaycan bir sıra ölkələrlə hərbi-texniki əməkdaşlığı davam etdirir, Rusiya, İsrail, Ukrayna, Belarus, Türkiyə, Pakistan və digər ölkələrdən silahlar alır.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Oxu.Az-a açıqlamasında Azərbaycanın yeni, müasir silahlar almaq perspektivindən danışıb.
O bildirib ki, bu gün Azərbaycanın silah-sursat baxımından elə də ciddi bir ehtiyacı yoxdur:
“Azərbaycanın silahları həm müasirliyi, həm də keyfiyyəti ilə seçilir. Eyni zamanda, Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifələri, tapşırıqları yerinə yetirmək üçün kifayət qədər geniş imkanları var”.
Ş.Ramaldanovun sözlərinə görə, bununla belə, Azərbaycanın marağında ola biləcək ən müasir silahlar da ala bilər:
“Ola bilsin ki, Azərbaycan dövləti hansısa sahəni daha da gücləndirmək ehtiyacı baxımından yeni silahlar alsın. Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edilməsi prosesi davam edəcək”.
Ekspert Azərbaycan hərbçilərinin beynəlxalq silah sərgilərinə baxmasını da xatırladıb:
“Bununla da silah bazarını nəzərdən keçirir, təhlil edir və təkliflər verirlər. Ola bilsin ki, həmin təkliflər əsasında hansısa qərarlar qəbul olunsun və yeni müqavilələr bağlansın. Bu, daimi bir prosesdir”.
Qeyd edək ki, “Global Firepower” təşkilatının 2019-cu ilin ən güclü orduları siyahısında Azərbaycan Ordusu ötən illə müqayisədə bir pillə irəliləyərək, 137 ölkə arasında 52-ci yerə yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx