27.10.2026 - 10:14
Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlaldır
Kriminal 151 baxış

Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlaldır

Baku.ws-ın məlumatına görə, Bakının Xətai rayonunda yerləşən “Ab Hava” restoranında baş verən qətl hadisəsində öldürülən şəxsin kimliyi müəyyənləşib. Qətlə yetirilən şəxs “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Cəlal Mirağayevdir.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, hadisə ilə əlaqədar olaraq cinayət işi üzrə həbs edilənlərin sayı 13 nəfərə çatıb. Həbs olunanlar arasında Emin Rəhimov, Elmar Cəfərov, Ramil Dadaşov və digər şəxslər var.

Xüsusi diqqət çəkən məqam isə həbs edilənlər arasında Əhməd Əlizadənin də olmasıdır. O, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini və Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğludur.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: