DYP və BNA-dan sürücülərə XƏBƏRDARLIQ
Məktəblərin ətrafında avtomobili düzgün park etməyən sürücülər cərimələnəcək.
Nəqliyyat vastələrinə və piyadalara mane olan maşınlar evakuatorla cərimə meydançalarına aparılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, Agentliyin ərazilərdə xidmət aparan əməkdaşları ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş rejimdə işləyəcək.
Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Əgər hansısa nəqliyyat vasitəsi hərəkətə mane olacaqsa, onlar da ərazidən yol polisi tərəfindən təxliyə olunacaq.
Mais Ağayev onu da bildirib ki, nəqliyyat sıxlığı nəzərə alınaraq sabah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də yollara nəzarəti gücləndirəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə xüsusən məktəblərə yaxın yollarda sürət həddinə əməl etməyi tövsiyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır. Bundan başqa, yol polisi övladını 1-ci sinifə aparan valideynlərə də maksimum dərəcədə avtomobillə gəlməmələrini xahiş edir.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Onu da qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığına strat verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026