DYP toy karvanları ilə bağlı tədbirlərə start verib
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı tədbirlərə start verib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev APA-ya açıqlamasında bildirib ki, toy karvanlarında iştirak edən avtomobil sürücülərinin bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları olduqca narahatçılıq yaradan haldır: “Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi maarifləndirmə və təbliğat tədbiri həyata keçirib”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev və baş inspektor polis polkovnik-leytenantı İsa Deystani müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçirdiblər.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Görüş zamanı yol polisi əməkdaşları təbliğat işləri ilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub: “Bukletlərdə olan tövsiyələrin əsas mahiyyəti, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən, sürücülərlə profilaktik söhbətlər aparılmalı, xəbərdarlıq olunmalıdır ki, sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda sürücülər hərəkət zamanı yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə ötmə, manevr qaydalarına əməl edərək avtomobillərin hərəkəti zamanı yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var