DYP-dən bayram səfərinə hazırlaşan sürücülərə müraciət
Baş Dövlət Yol Polisi İdarəsi bayramqabağı səfərə hazırlaşan sürücülərə müraciət edib. İdarədən daxil olan məlumatda deyilir:
“Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin.
Yolboyu ötmə və ya digər manevlər edərkən tələsməyin, qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sürətini və istiqamətini düzgün qiymətləndirin, təhlükəsizliyinizə əmin olmadan qərarlar verməyin.
Yol qəzalarının qarşısının alınmasını şərtləndirən başlıca amillərdən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq yolda müəyyən edilmiş sürət həddinə ciddi əməl etməkdir.
Uzaq məsafələrə səfərlər zamanı günün işıqlı vaxtında yola çıxmağa çalışın, yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz, yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz.
Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.
Yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş keçirməsinə şərait yaratmış olacaqsınız”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?