"Düşmənin yeni təxribatları gözlənilir" - Polkovnik
Ermənistan tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zamanı, müəyyən beynəlxalq tədbirlər ərəfəsində cəbhə bölgəsində gərginlik yaratmağa, təxribatlar törətməyə cəhd edir. Son günlər ölkəmizdə yaşanan hadisələrdən istifadə edən düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü-1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.
Minval.info xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov azvision.az-a bildirib ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Polkovnik qeyd edib ki, sonuncu təxribatda məqsədin nə olduğu əsir götürülən Kazaryanın dindirilməsindən sonra bilinəcək.
“Cəbhə bölgəsindəki şərait nəzarət altındadır. Paşinyanın sərt çıxışlarından və oğlunu Dağlıq Qarabağa göndərilməsi ilə bağlı bəyanatından sonra cəbhə bölgəsində sakitliyin müəyyən şəkildə pozulması müşahidə olunurdu. Hətta onların Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Azərbaycanın hücumunu gözləmədən aktiv şəkildə döyüşlərə başlamaqla bizi masa arxasına oturmağa məcbur etmək kimi çıxışlar edirdilər. Bunun fonunda cəbhə bölgəsində hansısa diversiya qruplarının işləyəcəyi gözlənilən idi. Amma Azərbaycanın müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi daim cəbhə bölgəsindədir. Hər bir istiqamətdə gücləndirmə ilə bağlı tədbirlər görülür. Yeni alınan kəşfiyyat və müşahidə avadanlıqları yerləşdirilir. Ona görə də Qazax istiqamətində baş verən diversiyanın qarşısı alınıb, onlardan biri əsir götürülüb. Hazırda cəbhə bölgəsində vəziyyət silahlı qüvvələrimizin tam nəzarəti altındadır”.
Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənilir: “Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısılı almağa tam hazırdır”.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
