Düşmən xeyli canlı qüvvəsi, diviziyanın qərargah rəisi məhv edilib
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilmişdir. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir - VİDEO
Ərdoğan: "İsveçin üzr istəməyi ilə iş bitmir, bunu əməldə görməliyik"
AYNA Sumqayıtdan “Koroğlu”ya yeni marşrut xətti açır
ABŞ institutu: “Rusiya ordusunun hələlik Odessaya girmək imkanı yoxdur”
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir
Döyülərək öldürülən gənc fenomenin yeni görüntüləri ortaya çıxdı - FOTOLAR
İlqar Məmmədov koronavirusa yoluxdu