Düşmən cəbhədə təxribatlara davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.
Minval.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib