Dünyanın ən zənginlərinin yeni reytinqi - Ələkbərov siyahıda
“Bloomberg” nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reytinqini açıqlayıb.
“Qafqazinfo” nəşrin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı seçilib. İyulun 20-nə olan məlumata görə, onun sərvəti 122 milyard dollar təşkil edir.

İkinci yerdə 106 milyard dollar sərvətlə fransız iş adamı, “Louis Vuitton Moët Hennessy” şirkətinin Prezidenti Bernar Arno qərarlaşıb. O, bu il 37,7 milyard dollar gəlir əldə edib.

Üçüncü yeri 106 milyard dollar gəlirlə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts tutub. Biznesmen il ərzində 15,8 milyard dollar qazanıb.

Dünyanın ən zəngin 4-cü adamı isə “Berkshire Hathaway” şirkətinin rəhbəri, amerikalı sahibkar Uorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.

Beşinci yerdə isə “Facebook”un yaradıcısı Mark Tsukerberq (77,4 milyard dollar) olub.

Azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 17,7 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, bu il 1,66 milyard dollar gəlir əldə edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yalnız atadan övlada ötürülən genetik xüsusiyyətlər
Tramp yenidən Emin Ağalarovun klipində (VİDEO)
Kompüterlərdə təhlükəsizlik boşluqları: Bilməli olduğunuz 6 məqam
Azərbaycanlı milyarder 6-cı dəfə ata oldu
Kuryer lotereyadan 15 milyon uddu