Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb
“Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini tərtib edib.
Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, reytinqin hazırlanması üçün əsas meyarlar kimi hərbi münaqişənin başvermə ehtimalı, vətəndaşların həyatına təhlükə səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, habelə təbii fəlakətin başvermə ehtimalı nəzərdə keçirilib. Siyahıda 1-ci yerdə İslandiya, 2-ci və 3-cü yerlərdə müvafiq olaraq İsveçrə və Finlandiya dayanaraq ən təhlükəsiz ölkələr hesab edilib. İlk onluğa, həmçinin Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxil edilib.
ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb. Qvatemala, Yəmən və Filippin ən təhlükəli ölkələr hesab edilib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar