Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR

“Ölkə.Az” bu gün oxucularına dizayn və görünüşünə görə ən uğursuz və eybəcər avtomobil modellərini təqdim edir.

Lightburn Zeta
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Modeli “Lamborghini” istehsal edib. Betonqarışdıran şirkətin istehsal etdiyi model belə oldu. “Lamborghini” səhvini tezliklə anladı və 1965-ci ildə “Zeta”nı istehsaldan yığışdırdı.

Pontiac Aztec
Ailəvi miniven Meksikada istehsal edilib. Bəlkə də ailəvi olduğuna görə korpusu ütü formasında olub. Bununla yanaşı, ön panelə bəzi idman elementləri əlavə ediblər.

Covini C6W
İdman üslublu bu avtomobil “Formula -1” bolidi əsasında hazırlanıb. Hətta yarış mərhələlərindən birinin də qalibi olub. Amma reqlamentə cavab vermədiyi üçün yığışdırılıb.

Sebring-Vanguard CityCar
Floridanın kiçik şirkəti şəhər üçün büdcə avtomobili istehsal edib. Bir dövr onun forması populyar olsa da, 1978-ci ildə dəbdən düşdü. Bu günə qədər də fanatlar və kolleksionerlər tərəfindən sevilir.

Fiat Multipla
“Fiat”ın bu modeli ördəkburuna bənzəyir. Avtomobilin ön hissəsində üç cərgə fənər var. Ön şüşə ilə kapotun arasındakı hissə insanın buxaq hissəsinə oxşayır. Cihazlar qurğusu isə panelin mərkəzinə yerləşdirilib. Niyə?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir