Dünyanın ən bahalı hərbi qənimətləri - FOTOLAR

“Ölkə.Az” bu gün oxucularına dünyanın ən bahalı hərbi artefaktlarının siyahısını təqdim edir.

“Hawker Hurricane” qırıcısı: 2.1-2.6 milyon dollar
Hərraclarda iri hərbi texnika nadir hallarda satışa çıxarılır. Bir dəfə satışa əsl hərbi qırıcı, “Hawker Hurricane” çıxarıldı. Bu qırıcı 1942-ci ildə istehsal edilib. Qırıcılar sahil mühafizəsi üçün nəzərdə tutulub.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri

Edvard Kenin mükafatları: 990 min dollar
990 min dollara satılıb. Sıravi Edvard Kenin ordenlərinə bu qədər pul ödənilib. Onlar arasında Britaniyanın ən bahalı mükafatı-Viktoriya Xaçı da var. Əsgər yapon pulemlyotçularının olduğu bunkeri dağıtdığı üçün 1945-ci ildə bu mükafata layiq görülüb. Amma Kenin nədən bu mükafatla “vidalaşması” sirr olaraq qalıb.

Hitlerin yazı cihazı : 423 min dollar
Hitler dünya tarixinin ən maraqlı şəxsiyyətlərindən biridir. Bu səbəbdən fürerin əşyalarını almaq istəyən insan da çoxdur. Onlar arasında ən bahalısı isə yazı cihazıdır. Müharibədən sonra ABŞ-a aparılan cihaz 423 min dollara satılıb. Deyilənlərə görə, Hitler 1938-ci ildə bu yazı cihazı ilə müqavilə imzalayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar