Dünyada cəmi 4 ölkədə əkilən meyvə Azərbaycanda da yetişdirilir
Bu barədə trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, meyvənin yığım vaxtı digər sitrus bitkilərindən fərqlənir: “Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanır və yığım 1 ay davam edir. 2016-cı ildə 15 hektar ərazidən 10-12 ton məhsul yığılmışdı. 2017-ci ildə isə əlavə olaraq 18,7 hektar, digər sahədə isə 15,3 hektar hallabonq əkilib. Bu il isə həm sahə çoxdur, həm də məhsuldarlıq”.
Gələcəkdə hallabonq sahəsinin artırılması planlaşdırılır.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qeyd edək ki, “hallabonq” və ya “dekopon” adlandırılan nadir sitrus bitkisi dünyada cəmi 5 ölkədə, o cümlədən Azərbaycanda yetişdirilir.
Meyvənin vətəni Yaponiyadır. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanıb. Meyvə 2015-ci ildə Azərbaycana gətirilərək Lənkəranda əkilib. Həmin il Lənkəranda 15 hektar sahədə hallabonq əkilib və müsbət nəticə əldə olunub.
Hallabonqun çəkisi 350-400 qram arası dəyişir, forması armudvaridir. Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
