Dünya şöhrətli robot Bakıda çıxış edəcək
Oktyabrın 27-28-də Bakıda “Keepface DMCC” və “International Trade Events” şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək “Global Influencer Day” tədbiri çərçivəsində dünya şöhrətli robot “Sofiya”nın çıxışı olacaq.
Minval.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı “Sofiya” insana xas olan nitq qabiliyyətinə, yumor hissinə malikdir və müəyyən edilmiş suallara cavab verə, həmçinin qoyulmuş mövzulara aid sadə söhbətlər apara bilər. Göz təması qurmaq və insanları tanımaq üçün bu robot kameralar və proqram sistemi ilə təchiz edilib. “Sofiya” Səudiyyə Ərəbistanı vətəndaşı da elan olunub.
Tədbirdə “Google”, “Microsoft”, “Forbes” və “İnstaqram” şirkətlərinin yüksək səviyyəli menecerləri də iştirak edəcəklər.
Növbəti ay ərzində tədbirin əsas spikerlərinin adları açıqlanacaq. Məlumata görə, iki həftə müddətində biletlər təşkilatçı şirkət “FA International Trade Events” tərəfindən satışa çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabr pensiyaları Bakı və Naxçıvanda ödənildi
Bakıda yeni M9 ekspres marşrutu işə düşür
Azərbaycanda leysan və dolu təhlükəsi: Xəbərdarlıq!
Qida tələbatı 50 faiz artır: Azərbaycan nə edəcək?
Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır
Xətai rayonunda üç küçə bağlanır!