Bakıda yeni M9 ekspres marşrutu işə düşür
Bakıda sərnişinlərin artan tələbatını qarşılamaq məqsədilə yeni M9 nömrəli ekspres marşrut fəaliyyətə başlayır. Bu marşrut metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edəcək.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilən məlumata görə, marşrutun fəaliyyəti sentyabrın 13-dən etibarən başlayacaq. Avtobusların dayanacaqları “Elmlər Akademiyası” metrostansiyasında Hüseyn Cavid prospektində, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsində, metronun qarşısında yerləşəcək.
Avtobuslar metronun iş rejiminə uyğun olaraq saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi