Dünya mediası Putini "nokauta salan qadın"dan danışır - Fotolar
Rusiya prezidenti Vladimir Putin Soçi Zirvəsindən sonra jüdo ilə və hokkey idman növü ilə məşğul olub.
“Ölkə.Az” xəbər verir ki, Türkiyə prezidentini hava limanından yola salan Putin idman salonuna keçib.
Cüdo üzrə qara kəmər sahibi olan Putin əynini dəyişərək döşəyə çıxıb. 2016-cı ilin qızıl mükafatçısı Beslan Mudranov Putinlə üz-üzə durub. Rusiya prezidenti rəqibini məğlub edib.
Murdanovdan sonra döşəyə rus milli cüdoçusu Nataliya Kuziutin çıxıb. Rusiya mətbuatı Nataliyanı “Putini nokauta salan cüdoçu” adlandırıb. İdmançı qadın Putinə təşəkkür edib və rus liderlə olan fotolarını sosial şəbəkədə paylaşıb.
“Prezident Putinə təşəkkür edirəm. Zirvədə gərgin görüşlərdən sonra idmana vaxt tapıb. Ölkəmizin bir nömrəli cüdoçusu ilə qarşılaşmaqdan çox məmnun qaldım”, – deyə Nataliya sosial şəbəkədə yazıb.
Rusiyanın Bryansk şəhərində anadan olan Nataliya Kuziutin 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün rus milli komandası ilə məşqlər edir. Dörd dəfə Avropa çempionu olan çüdoçu ilk dəfə 2009-cu ildə, yəni 2009-cu ildə Tiflisdə keçirilən yarışda çempion olub.
52 kq çəki dərəcəsində mübarizə aparan Nataliya 2010, 2014 və 2017-ci illərdə Dünya Cüdo Çempionatının bürünc mükafatlarını qazanıb. 2012-ci ildə London Yay Olimpiya oyunlarında ilk mərhələdə məğlub olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan nikah şahidi oldu - FOTO
Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək
Yeni ilə qədər necə arıqlamalı? - Dietoloq sirləri açdı
Alimlərdən xəbərdarlıq — Az yatmaq ölümcül fəsadlara yol açır
Dünya ölkələri karantinin yumşaldılmasından sonra... - FOTOLAR
Hamı onun gördüyü işə paxıllıq edir - Bütün dünyanı pulsuz gəzir - FOTOLAR