Dünya bu itdən danışır - Fotolar

İstanbulda bir çox ictimai nəqliyyat vasitəsində görüntülənən “Boji” adlı it dünya mediasının diqqətini çəkib.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, onunla bağlı məqalələr dərc edilib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Yazılarda “Bir küçə iti olan Boji Avropanın ən böyük şəhərində gəmidə, avtobuslarda, metroda daim görüntülənir. Boji ictimai nəqliyyat vasitələrində 30 kilometrə qədər olan yollarda səyahətin keyfini çıxarır” deyə, qeyd edilib.
İstanbulda tramvaylarda, metrolarda, avtobuslarda boji adlandırılan yerdə yatmağı sevən itə buna görə də Boji adı verilib. İstanbul Bələdiyyə nümayəndələri tərəfindən itin qulağına taxılan aparatla onun yeri müəyyən edilir. Heyvanın gündə ən az 29 metrostansiyada olduğu, hətta dəniz səyahətinə çıxdığı, həftəsonları isə adalara getdiyi bildirilib.
Bojinin ən çox istifadə etdiyi ictimai nəqliyyat Kabataş-Bağcılar istiqamətində tramvay xətti olub. Anadolu ərazisində isə Kadıköy-Tavşantepe metrostansiyasını istifadə edir.
Boji ilə bağlı İndoneziya, Yunanıstan, Argentina, Meksika, Ruminiya, İsveç, İngiltərə, kanada mediası paylaşımlar edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar







