Dünya bazarında "qara qızıl" bahalaşıb
Koronavirusun yeni “Omikron” ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
Minval.info “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.12-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,83% bahalaşaraq, 1 bareli 73,69 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,09% artaraq, 1 bareli 70,25 ABŞ dolları təşkil edib.
Yeni ştamın daha az iqtisadi təsirə malik olacağı ilə bağlı ümidlər CAR-da bu virusa yoluxan şəxslərdə yüngül simptomların müşahidə olunması barədə xəbərlərlə təsdiq olunur.
Bundan başqa, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanması şanslarının azalması barədə xəbərlər də “qara qızıl”ın qiymətinin artımına təsir göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni zavod tikiləcək
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gürcüstanın Baş naziri: “Avropada Azərbaycandan sonra ən ucuz qaz bizdədir”
Xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanın maşın bazarında bahalaşma davam edir
Azərbaycanda benzin niyə ucuzlaşmır? - VİDEO
Azərbaycan neftinin qiyməti yenidən bahalaşdı