Dünən dənizdə batan Zeynəbin axtarışları davam edir - FOTO
Dünən Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən batan 4 uşaqdan birinin axtarışı davam edir.
Musavat.com xəbər verir ki, 10 yaşlı Zeynəb Cəfərzadədən hələ də xəbər yoxdur. FHN əməkdaşları axtarışları davam etdirir. Bu gün havanın küləkli olması axtarış işlərini çətinləşdirib.
Xatırladaq ki, uşaqlar bir ailənin üzvü olub. Belə ki, dəhşətli faciədə dünyasını dəyişən uşaqların iki bacı, ikisi isə bacı-qardaş olub. Uşaqların valideynləri qardaşdır.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi dənizdə batan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışlarına başlayıb.
Onlardan M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda