DTX-nın nazirlikdə həbs etdiyi daha bir vəzifəli şəxsin adı bilindi - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində daha bir nəfər saxlanılıb.
“Minval.info” “Lent.az”a istinadla xəbər verir ki, saxlanılan şəxs Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdur.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, bundan əvvəl DTX-nın keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanıldığı bildirilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?