DSX-nin əsgəri bıçaqlandı: Elçin Quliyev hadisə yerinə getdi

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) hərbi hissəsinin 21 yaşlı əsgəri Ceyhun İsgəndərov üç bıçaq yarası alıb.
Bu barədə Minval.İnfo-ya DSX-nın mətbuat mərkəzindən məlumat veriblər.
Hadisə saat 15 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu özü ilə gətirdiyi bıcaqla qəfildən əsgərin döş və qarın nahiyəsinə 3 zərbə endirib.
Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.
Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.
Sərhədçi əsgərə hücum edən C.Hüseynov saxlanılıb. Hadisə barədə hərbi prokururluq orqanlarına məlumat verilib.
Hazırda insidentlə əlaqədar müvafiq tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah"ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Bakı yollarında təmir: Sürücülərə yeni məhdudiyyətlər
Azərbaycan taekvondoçuları İsveçrədə gücünü sınayacaq
Gömrükdə milli valyuta ilə bəyan dövrü başladı
MİDA evləri mənzil bazarını ucuzlaşdırmayacaq!
Yasamalda mülkiyyət savaşı: Kərimovlar vs Mərdanova
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb