27.09.2026 - 14:17
Dövlət Statistika Komitəsində yeni şöbə müdiri təyin edilib
Ölkə 6 baxış

Dövlət Statistika Komitəsində yeni şöbə müdiri təyin edilib

Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə yeni müdir təyin olunub. Bu barədə komitənin sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Minval.info xəbər verir ki, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib. Qazıyev Kamal Məmməd oğlu, 19 il ərzində Maliyyə Nazirliyində çalışıb və mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi sektorunun müdiri olub.

O, son təyinata qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İcraçı direktorun müşaviri kimi fəaliyyət göstərib.

Bildirək ki, DSK-də aparılan struktur dəyişiklikləri çərçivəsində Əmək statistikası şöbəsi və Həyat keyfiyyətinin statistikası şöbəsi ləğv edilib. Həmin funksional istiqamətləri birləşdirən Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsi yeni yaradılmışdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: