"Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb" — Nazir
Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir.Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edən nazir bildirib ki, dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb.
Ə.Qarayev əlavə edib ki, milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçib:
“Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılıb . Bu gün 143 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi var. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr verib . Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident yerli jurnalistlərə müsahibə verdi - Foto
“Space”in yayımı 3 saat dayandırılacaq
Murad Dadaşov "Xəzər" TV-nin rəhbəri oldu - Təyinat rəsmiləşdi
“Şirməmməd Hüseynov mükafatı”nın 2021-ci il üzrə qalibi açıqlanıb
AzTV-nin aparıcısı koronavirusa yoluxub - VİDEO
AzTV-nin qalmaqallı əməkdaşı işdən çıxarıldı