Dövlət Xidmətindən ikili vətəndaşlığı olan şəxslərə XƏBƏRDARLIQ
Dövlət Miqrasiya Xidməti ikili vətəndaşlıq alan Azərbaycan vətəndaşları barədə məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Kələntərli bildirib ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edən şəxslər bir ay müddətində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə və ya vətəndaşlığını aldığı dövlətdə Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğuna müraciət etməlidir:
“Vətəndaş həmin qurumlara yazılı müraciət etməlidir. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ərizə və anket forması var. Vətəndaş həmin anket formasını doldurmaqla Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Əgər həmin şəxs başqa ölkə vətəndaşlığını illər əvvəl də qəbul edibsə, bu barədə də məlumat verilməlidir”.
E.Kələntərli bildirib ki, ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi tanınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?