Dövlət qurumları işçi axtarır - 334 vakansiya
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
DİM-dən Minval.info-ya verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və aprelin 7-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Vakansiyalar Prezidenti yanında Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirllikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Milli Televiziya və Radio Şurası, Gəncə Apellyasiya Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi və s. məhkəmələr tərəfindən tərəfindən təqdim edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda rekord isti gözlənilir - XƏBƏRDARLIQ
Ağır qəzada ölən və yaralananların adları açıqlandı - AZƏRBAYCANDA + FOTOLAR
Baş nazirdən təhsil xərcləri ilə bağlı - QƏRAR
“Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib - VİDEO
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev təqdim ediləcək
Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı: Ağzımı tutdu ki, qışqırmayım