Dövlət Komitəsi: Xədicə ilə bağlı yayılan videolar reallığı əks etdirmir
Sosial şəbəkələrdə Gəncə terroru zamanı hər iki valideyni və bacısı həlak olan Şahnəzərli Xədicənin görüntüləri yayılıb. Görüntülərdə Xədicənin kimdə qalması üstündə münaqişə yarandığı iddia olunub.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”a bildirib ki, yayılan görüntülər reallığı əks etdirmir:
“Video yeni deyil, təxminən 5-6 günə aiddir. Sonuncu dəfə dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və psixoloqlar həmin ailədə olub. Uşağın marağı nəzərə alınıb. Ailələr arasında münaqişə yoxdur. Hər iki tərəfin uşaqla görüşmək, münasibətdə olmaq hüququ təmin edilib. Hazırda hüquqi statusla bağlı bütün sənədləşmə işləri aparılır. Heç bir problem yoxdur. Məsələ həm dövlət qurumları, həm də yerli icra hakimiyyəti tərəfindən nəzarətdədir. Uşağın kimdə olması məsələsinə gəlincə, bu məlumatlar konfidensial saxlanılır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026