"Diz çök deyir, at oynadırlar..." - Məmurlar kənd sakinini susuz qoyub (Video)
“Ağstafa rayonu Ağstafa SSİ rəisi Tofiq Bayramov və Poylu kəndinin bələdiyyə nümayəndəsi Ələsgər Bayramov mənim bostanımı məhv edirlər. Onlara “bu vətəndaşlardan nə istəyirsiniz” deyən yoxdurmu? Mən kimə müraciət etməliyəm? Tofiq Bayramov mənə diz çök deyir, Ələsgər Bayramov Ağstafada at oynadır”.
Minval.info-ya müraciət edən Poylu kənd sakini İsmayılov Adil ona məxsus əkin sahəsini suvara bilmədiyi üçün məmurları günahlandırır. Şikayətçi deyir ki, Tofiq Bayramov və Ələsgər Bayramov ondan pul tələb edirlər. Lakin İsmayılov onlarla razılaşmadığı üçün əkin sahəsi susuz qalıb. Onun sözlərinə görə, həmin sahədə təsərrüfatla məşğul olmaqla oradan əldə etdiyi gəlirlə ailəsini dolandırır.
“Acından ölürəm, ailəmi dolandıra bilmirəm. Qapılara düşüb çörək dilənməliyəm?!” – deyən A.İsmayılov vəziyyət bu yerə çatdığından dolayı maddi durumunun pisləşdiyini söyləyir.
Adil bəy kənd təsərrüfatı naziri İnam Kərimov başda olmaqla bütün müvafiq dövlət qurumlarından ona köməklik göstərilməsini xahiş edir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi