"Diskotekanı ölkəyə mən gətirmişəm" - Niyaməddin Musayev
“O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. “Udarnik” var, ona vururdular, amma musiqi düz gəlmirdi. “Dubts-dubts” ritmi almaq üçün həmin “udarnik”ə “poduşka” qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Künc-bucaq” yutub layihəsində qonaq olarkən deyib.
“Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir” deyə, o, aparıcılardan şikayətlənib.
N.Musayev həmkarlarının ifasını tənqid edərək musiqilərini düzgün oxumadıqlarını vurğulayıb:
“Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi