Direktor təyin olunan deputatın ilk iş günündə BÖYÜK QALMAQAL: Nazir məktəbə getdi - FOTO
Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbə direktor təyib olunub. Lakin onun ik iş günü böyük qalmaqalla yadda qalıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib
Bundan sonra müəllimlərlə direktor T.Məmmədli arasında böyük qalmaqal yaşanıb.
Münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir. Məktəbə təcili tibbi yardım briqadaları və polis əməkdaşları çağrılıb.
Məsələ Naxçıvan MR Ali Məclisə məruzə edilib. Dərhal məktəbə Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov göndərilib.
Hazırda nazirin rəhbərliyi ilə məktəbdə iclas keçirilir.
İclasdan fotonu təqdim edirik:

Fotoda: Turan Məmmədli


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
Çin-Nepal sərhədində torpaq sürüşməsi: 43 ölü, 519 itkin
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı