Diqqət! Sabah bu yollar bağlı olacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bu barədə Minval.İnfo-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (BPİ DYPİ) məlumat verilib.
Marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə sabah, yəni 13 may saat 9:00-dan 15:00-dək Bayraq meydanından başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda uşaq qidasından qurd çıxdı - Video
Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi
Sabah Bakıda hava çiskinli olacaq - PROQNOZ
İmtahanların nəticələri elan edildi - Cəmi 1 nəfər maksimum balı yığıb
Tahir Budaqov: "Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq"
İş adamlarının kütləvi həbsi - Baş prokurorluğun rəsmi açıqlaması