Qobustanda 38 günə yeni körpü istifadəyə verildi
Qobustan qəsəbəsi ərazisində, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində yeni körpü inşa edilib. Bu körpü cəmi 38 gün ərzində tikilib və müasir norma və standartlara cavab verir. Mövcud körpü sökülərək yerində yeni biraşırımlı körpü qurulub. Körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki və digər yol infrastrukturu elementləri quraşdırılıb.
Minval.info xəbər verir ki, yeni körpünün inşası nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədini daşıyır. Xatırladaq ki, bir müddət əvvəl magistral yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın texnoloji inkişafı üçün yeni təşəbbüs: MoveUP
Azərbaycan və İordaniya arasında vizasız səyahət!
Keçmiş deputatın oğlu vəzifəsindən azad edildi
Şamaxı və Şahdağda dolu yağışı müşahidə edildi
Bakı, Göyçay və Yevlaxda elektrik kəsintisi olacaq
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı
Azad edilmiş ərazilərdən 1706 hektar mina təmizləndi