“Diqlas”da malları yanan sahibkarlar bir araya gəldi, obyektin rəhbəri vəd verdi – Fotolar, Video
Özünü yanan Diqlas ticarət mərkəzinin rəhbəri kimi təqdim edən Bəhruz adlı şəxs vətəndaşlara kömək ediləcəyini, binanın təmir ediləcəyini və digər obyektlərlə danışıqlar aparıb satış həyata keçirtmək üçün onlara nöqtə verəcəyini vəd edib.
Bunu bizimyol.info saytının hadisə yerində olan müxbiri xəbər verir.
Bunun müqabilində isə vətəndaşlara dağılışmağı, saat 4 də yenidən görüşüb onların sualların cavablandıracağını deyilib.
Eyni zamanda aqressiv sahibkarlar ticarət mərkəzinin rəsmisi kimi özünü təqdim edən şəxsə hücum edərək onu təhqir ediblər. Əlbəyaxa davanı sakitləşdirmək üçün çevik polis alayının əməkdaşları müdaxilə ediblər. Lakin sahibkarlar buna da məhəl qoymayıblar. Polislərlə sahibkarlar arasında insident yaşanıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hazırda danışıqların aparılır, sahibkarlar dağılışmayacaqlarını, onlara konkret dəymiş ziyanın ödənilməsini tələb edirlər.
Eyni zamanda onlar sözügedən rayonun icra başçısının əraziyə gəlməsini tələb ediblər. Əks təqdirdə onlar icra hakimiyyətinə gedəcəklərini bildiriblər.






ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
