DİN rayonlara getməyin qaydalarını açıqladı
Daxili İşlər Nazirliyi avqustun 5-dən SMS-icazə və portalda icazə sisteminin ləğvindən sonra Bakıdan rayonlara gediş-gəlişin hansı qaydada həyata keçiriləcəyini açıqlayıb.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək:
“Xüsusi polis postları bu 3 şəhərin giriş-çıxışda fəaliyyət göstərəcək. Digər rayon və şəhərlərə gediş-gəliş məhdud olaraq saxlanılır. İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq. Lakin ezamiyyə vərəqələri ilə də bağlı polis postlarında ciddi araşdırma aparıldıqdan sonra təsdiqini taparsa, icazə verilə bilər. Çünki xidməti fəaliyyətimizdə rast gəlmişik ki, bəzi şirkətlər onlara verilmiş səlahiyyətlərdən sui-istifadə ediblər”.
E.Zahidov əlavə edib ki, Bakıda və digər xüsusi karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda mobil polis postları fəaliyyətlərini davam etdirirlər: “Həmin əməkdaşlar avqustun 5-dən artıq icazələri yoxlamasalar da, karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edəcəklər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026