DİN rəsmisi: Baş inspektor həbs olunub

Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.
Onun sözlərinə görə, Ş.Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub.
“Nazirliyin nüfuzuna və polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə Şahin Əhmədov daxili işlər orqanlarında tutduğu vəzifəsindən və daxili işlər orqanlarında xidmətdən azad olunub. Faktla bağlı araşdırma müddətində toplanan materiallar isə hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə O.Mansurzadə qeyd edib.
DİN rəsmisi nazirliyin 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
“Yayılan məlumatlar şişirdilmiş və əsassızdır”, – deyə o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi