DİN metal qəbulu məntəqələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə oğurluq metal əşyalarının metal qəbulu məntəqələrinə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, daxil olan müraciətlərə polis dərhal və çevik reaksiya verir.
Onun sözlərinə görə, oğurlanan metal əşyaların qəbulu məntəqələrinə mütamadi baxış keçirilir:
“Əgər metal qəbulu məntəqələrində hər hansı oğurlanmış əşya aşkarlanarsa, maddi sübut kimi, götürülür. Fakt üzrə aparılan araşdırmalar çərçivəsində metal qəbulu məntəqələrinin fəaliyyəti ilə məşğul olan şəxsin təqsiri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir”.
“Tövsiyə edirik ki, bu sahədə fəaliyyət göstərən şəxslər şübhə doğuran metal əşyaları qəbul etməsinlər. Bu barədə vətəndaşlıq nümunəsi göstərərək polisi məlumatlandırsınlar”, – E.Hacıyev bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?