DİN kiberdələduzluq əməliyyatında 8 nəfəri saxladı: Saxta profillərin sirri açıldı!
Daxili İşlər Nazirliyi (DİN) saxta sosial media profilləri və “WhatsApp” hesabları vasitəsilə kiberdələduzluq edən şəxslərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Bu əməliyyat nəticəsində 8 nəfər saxlanılıb.
Minval.info xəbər verir ki, saxlanılan şəxslər arasında Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev var. Onlar xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əməkdaşlıq edərək, yerli mobil operatorlara aid elektron nömrələr və qanunsuz fəaliyyətlərdə istifadə olunan bank kartları ilə təmin ediblər.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər 2 mindən artıq bank kartı və elektron mobil nömrəni qanunsuz fəaliyyətlərdə istifadə ediblər. Bu kart və nömrələrdən bəziləri qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili üçün istifadə olunub.
Hazırda saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər üzvlərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır.
Vətəndaşlara xəbərdarlıq edərək bildiririk ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması üçün təqdim edilməsi yolverilməzdir. Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, dərhal polis orqanlarına məlumat verin.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur
Abşeronda su xətti mübahisəsi bıçaqlanma ilə nəticələndi
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?