Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi
Əməkdar artist Dilarə Əliyeva Bakıda yaşanan tıxaclarla bağlı narazılığını ifadə edib. O, sosial şəbəkədə paylaşdığı fikirlərində, insanların uzun müddət tıxacda qalmasının aqressiyaya səbəb olduğunu vurğulayıb.
Minval.info xəbər verir ki, Dilarə Əliyeva, “Bu ölkənin ən çox nevropatoloqa ehtiyacı var. 15 dəqiqəlik yolu iki saat yarıma gedib çıxa bilmirsən. Beyin xarab olur, aqressiya ilə insan dolur. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, valideynin də qanı qaralır. Hamı bir-birinə nə var deyir. Aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var. Dərman yazmalıdır ki, sakitləşək. Bunun adına yaşamaq demək mümkündürsə, biz indi yaşayırıq. Yayı gözləyək? Camaat dağlara çəkilsin? Bəlkə yollar çəkilsin?” deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sərdar Cəlaloğlu: Ramiz Mehdiyev işi üzrə yalan iddialar
Bakıda yol nişanlarına qanunsuz müdaxilə!
Emil Kərimovun adı Toronto Universitetində əbədiləşdi
ADNSU tələbələrinə nəqliyyat sıxlığı güzəşti!
Naftalanın tanınmış iş adamı Hatəm Qocayev vəfat etdi
Azərbaycan yol polisləri Belarusda birinci oldu
Dəmir yollarında sərnişin daşınmasında rekord artım