Diaspor gəncləri şərqi zəngəzurda: Yay düşərgəsinin tarixi anları və təəssüratları
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi bu il Şərqi Zəngəzurda təşkil olunur. Bu tədbir, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə həyata keçirilir.
Minval.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “X” sosial şəbəkə hesabında düşərgə ilə bağlı video yayımlanıb. Paylaşımda, “Diaspor Gənclərinin Yay Düşərgələri diaspor tarixinin unikal layihələrindəndir” ifadəsi yer alıb və layihənin artıq yeddi dəfədir ki, Azərbaycanda keçirildiyi vurğulanıb.
İlk düşərgə Şəkidə, ikinci Şamaxıda, üçüncü Şuşada, dördüncü Naxçıvanda, beşinci Laçında, altıncı isə Xankəndidə baş tutub. Bu il isə gənclər Şərqi Zəngəzurda bir araya gəlir. İştirakçılar iyulun 31-də Azərbaycana gəliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır